...

Azərbaycanın Bolqarıstandakı səfiri “BGNES” xəbər agentliyinə müsahibə verib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 12:37 (UTC +04:00)

Bakı. Trend:

7 oktyabr 2020-ci il tarixində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Bolqarıstanın “BGNES” xəbər agentliyinə “Nərgiz Qurbanova: Azərbaycanın ərazi bütövlüyü münaqişənin həllinin əsasını təşkil edir” başlıqlı müsahibəsi dərc olunub.

Trend-in məlumatına görə, müsahibədə səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salıb. Bildirib ki, münaqişə 1988-ci ildə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları əsasında baş verib. Diplomat mülki azərbaycanlıların əsrlərboyu yaşadıqları öz doğma yurdlarından qovularaq Azərbaycana köçmək məcburiyyətində qaldığını qeyd edərək Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, bununla belə, Azərbaycanın beynəlxalq hüquqa əsasən həmin ərazilər üzərində öz suverenliyini saxlayır. O, xüsusilə ölkəmizin 1992-ci ildə BMT-yə üzv qəbul olunarkən həmin ərazilərin bu təşkilat və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan əraziləri kimi tanındığına xüsusi diqqət çəkib.

Səfir Azərbaycanın münaqişə ilə bağlı aydın mövqe nümayiş etdirərək, problemin mərhələli həllinə tərəfdar olduğunu hər zaman bəyan etdiyini vurğulayıb. Belə ki, BMT-nin məlum 4 qətnaməsində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmalı, azərbaycanlı əhali Dağlıq Qarabağ bölgəsinə və işğal altında olan ətraf 7 rayona qayıtmalıdır. O, Azərbaycanın ərazi bütövlüyünün heç zaman danışıqlar mövzusu olmadığını və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib.

Müsahibənin tam mətni Bolqarıstanın “Actualno” və “club.bg” xəbər portallarında da dərc olunmuşdur. Müsahibənin tam mətni ilə növbəti internet keçidləri vasitəsilə tanış olmaq mümkündür:

https://bgnesagency.com/world/80598/

https://www.actualno.com/interview/poslanikyt-na-azerbajdjan-interesuva-ni-teritorialnata-ni-cjalost-snimki-news_1507024.html

https://www.club.bg/news.php?news-url=Poslanikyt-na-Azerbajdjan-Interesuva-ni-teritorialnata-ni-cjalost-SNIMKI

Məqalədə:
Xəbər lenti

Xəbər lenti