...

BQXK döyüşlərdə həlak olanların meyitlərinin təhvil verilməsində kömək göstərməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2020 13:41 (UTC +04:00)
BQXK döyüşlərdə həlak olanların meyitlərinin təhvil verilməsində kömək göstərməyə hazırdır

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) neytral vasitəçi qismində döyüşlər zamanı həlak olanların meyitlərinin təhvil verilməsində və saxlananların azad edilməsində kömək göstərməyə hazırdır.

Trend bu barədə Komitəyə istinadən məlumat verir.

BQXK beynəlxalq hüquqa uyğun olaraq həlak olanların müəyyənləşdirilməsi üçün tərəflərə yardım göstərməyə və daha sonra meyitlərin təhvil verilməsində köməkçi olmağa hazırdır.

Məlumatda bildirilir ki, 2016-cı ilin aprel ayında təmas xəttində qeydə alınmış gərginlik zamanı BQXK tərəfləri analoji əməliyyatlar zamanı dəstəkləyib. O zaman koordinasiyalı səylər sayəsində bütün həlak olanların meyitlərini ailərlərinə qaytarmaq mümkün olub.

BQXK 1992-ci ldə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar işə başladıqdan etibarən tərəflərə bu cür əməliyyatlarla bağlı dəfələrlə yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti