İlahiyyat İnstitutunun rektoru xarici ölkə universitetlərinə müraciət ünvanlayıb

İlahiyyat İnstitutunun rektoru xarici ölkə universitetlərinə müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, eləcə də islam dünyasında tanınmış ali təhsil müəssisələrinin və ali dini təhsil ocaqlarının rəhbərlərinə Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başladığı növbəti təxribatı ilə bağlı Müraciət ünvanlayıb.

Aİİ-dən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: “Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilərin doğma yurdumuza növbəti təcavüzündən, təxminən 30 il ötür. Torpaqlarımıza ilk hücumlar 1980-ci illərin sonlarından başlamış və 1994-cü ilədək olan dövr ərzində Dağlıq Qarabağ və ətrafındakı 7 rayon erməni qoşunları tərəfindən işğal olunmuş, nəticədə, 1 milyondan çox azərbaycanlı öz doğma yurd yerlərindən didərgin düşmüşdür. Həmin ilin may ayında imzalanmış Bişkek protokoluna əsasən atəşkəs elan edilmiş və bölgədə hərbi əməliyyatlar dayandırılmışdır. Atəşkəsin elan edilməsinə baxmayaraq, ötən illər ərzində Azərbaycan Ordusu və mülki əhalisi mütəmadi olaraq erməni təcavüzünə məruz qalmış, bir çox hallarda bu hücumlar daha şiddətli xarakter almışdır. Bu illər ərzində minlərlə Azərbaycan əsgəri və dinc əhali erməni təxribatının qurbanı olmuşdur.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonları qeyd-şərtsiz tərk etməsi barədə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri isə hələ də icra edilməmişdir.

Ötən illər ərzində beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın həyata keçirdiyi sülhməramlı və diplomatik fəaliyyət nəticəsində ilkin mərhələdə 5, daha sonra 2 rayonun işğaldan azad edilməsi, daha sonra Azərbaycanın tərkibində olmaqla, Dağlıq Qarabağda əvvəllər olduğu kimi, azərbaycanlıların ermənilərlə birlikdə yaşamalarını təmin etmək münaqişənin ən münasib həll yolu kimi nəzərdə tutulurdu. Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır”, “Azərbaycan Qarabağla danışıqlar aparmalıdır”, “İşğal edilmiş torpaqlar Azərbaycana qaytarılmayacaq” kimi bəyanatları, son aylarda Azərbaycana qarşı müxtəlif hücum əməliyyatlarını həyata keçirməsi, təxribatlar törətməsi Ermənistanın sülh tərəfdarı olmadığını göstərdi və müharibənin yenidən alovlanmasına rəvac verdi.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu erməni təxribatına qarşı bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınan və mövcud xəritələrdə Azərbaycan ərazisi kimi qeyd edilən torpaqlarda aparılır. Öz ərazisində düşmənə qarşı vuruşan Azərbaycan əsgərlərinin yalnız hərbi obyektləri və hərbi infrastrukturu hədəf almasına baxmayaraq, erməni ordusu 1949-cu il Cenevrə konvensiyasına zidd olaraq, Ermənistan sərhədindən kilometrlərlə uzaqda yerləşən Azərbaycan şəhərlərini, yaşayış üçün mühüm əhəmiyyət kəsb edən sənaye obyektlərini, xəstəxanaları, məktəbləri, uşaq bağçalarını, yaşayış evlərini və dinc əhalini atəşə tutur. Hücumlar nəticəsində onlarca mülki vətəndaş həlak olmuş, yüzlərlə insan yaralanmış və mülki infrastruktura ciddi ziyan dəymişdir. Belə ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, regionun ən böyük su-elektrik stansiyası olan Mingəçevir su anbarı və beynəlxalq əhəmiyyətli Bakı–Tiflis–Ceyhan boru kəməri erməni qoşunları tərəfindən hüquq normalarına zidd olan, qadağan edilmiş silahlarla atəşə məruz qalmışdır. Bu isə Ermənistanın regionun və Avropanın enerji təhlükəsizliyinə böyük təhdid olduğunu bir daha göstərir.

Ermənistandan fərqli olaraq Azərbaycan tolerant, multikultural və multietnik dövlətdir. Azərbaycanda insanlar dini və ya etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmırlar. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin birlikdə, sülh şəraitində yaşadıqları və dövlətin qayğısı ilə əhatə olunduqları Azərbaycan tərəfindən keçən 30 il ərzində səbirli davranış, beynəlxalq arenada məsələnin sülh və danışıqlar yolu ilə həll olunmasına tərəfdaşlıq nümayiş etdirilmişdir. Ötən illər ərzində Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi, beynəlxalq təşkilatların işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq etməməsi, vasitəçilərin səmərəsiz fəaliyyəti Azərbaycanı düşmənlə eyni dildə danışmağa vadar etmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə erməni qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonlardan geri çəkilməsi və qaçqın düşmüş 1 milyon insanın öz doğma yurd yerlərinə geri qaytarılmasını tələb edir və bunun üçün öz haqq mübarizəsini davam etdirir. Sizdən xahişim rəhbərlik etdiyiniz kollektivi və ölkənizin ictimaiyyətini Azərbaycanın bu haqq mübarizəsi ilə tanış etməyinizdir.”

Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb
Tütün məmulatlarından istifadə ilə bağlı monitorinq keçiriləcək
Tütün məmulatlarından istifadə ilə bağlı monitorinq keçiriləcək
Loading Bars
Xəbər lenti
Azərbaycan nefti kəskin ucuzlaşıb
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Ərdoğan Türkmənistana səfər edəcək
Xəzər dənizində zəlzələ qeydə alınıb
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Şimali İrlandiyada qasırğa bir nəfərin ölümünə səbəb olub
8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir
"Moderna" koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq
ABŞ-da ticarət mərkəzində atışma olub
Aİ-nin paytaxtında Uber qadağan edildi
Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb
Rusiya və Çin Türk Dövlətləri Təşkilatının təbii üzvləridir - Binəli Yıldırım
Koronavirusun yeni ştammına "omikron" adı verildi
Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı
Türkiyə 5 ölkə üçün sərhədlərini bağladı
Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var
Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu - Soçi görüşünün TƏHLİLİ
XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib
Türkiyədə son sutkada koronavirusdan 25 341 nəfər sağalıb
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün nəticələrini müzakirə edib
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb
Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq
Prezident İlham Əliyev: Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq
Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasından danışdı
Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Qarabağ müharibəsindən sonra 100-dən çox əsiri İrəvana təhvil verib
Üçtərəfli İşçi Qrup gələn həftə Moskvada görüşəcək - Putin
Prezident İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev: Soçidə qəbul edilən qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək
Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər - Putin
Tütün məmulatlarından istifadə ilə bağlı monitorinq keçiriləcək
AQTA pomidor istixanalarında fitosanitar monitorinqləri davam etdirir (FOTO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu yarışlarının ikinci gününün qalibləri mükafatlandırılıb (FOTO)
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiya idmançıları Bakıda batutla sinxron tullanmada qızıl medal qazanıblar
Bakıda Dünya Yaş Qrupu Yarışı: ABŞ gimnastları batutla sinxron tullanmada birinci yeri qazandılar
Alimlər koronavirusa qarşı dərmanın yaradılması üçün test sistemi hazırlayıb
Dünya Yaş Qrupu Yarışları: Qoşa mini-batutla tullanma üzrə bütün mükafatları Rusiya idmançıları qazanıb
Bakıda keçirilən Dünya Yaş Qrupu yarışı: Fransız gimnast qalib gəldi
XİN-in kollektivi “Nizami ili” çərçivəsinə Gəncə şəhərinə səfər edib (FOTO)
Əla hazırlıq və çətin elementlər - Dünya Yaş Qrupu Yarışlarının ikinci gününün ən maraqlı anları (FOTO)
Bakıda bir neçə marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir
Rusiya Prezidenti: Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır
Azərbaycanda 2137 hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb
Rusiyalı gimnast kişilər arasında tamblinq proqramında qızıl medal qazanıb
Rusiyalı gimnast Bakıda Dünya Yaş Qrupu yarışlarında qoşa mini batutla tullanma proqramında birinci yeri tutub
Portuqaliyalı atlet Bakıda keçirilən Dünya Yaş Qrupu yarışında fərdi batutla tullanmada birinci yeri tutub (FOTO)
Bakıda dünya yaş qrupları üzrə yarış: Rusiya gimnastı batutla tullanmada qızıl medal qazanıb
Mətbuat Şurası və Yazıçılar Birliyi birgə toplantı keçirib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevi səmimi qarşılayıb (VİDEO)
Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Prezident İlham Əliyev: Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk
Vladimir Putin: Regionda gələcək normal həyat üçün şərait yaradılır
Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Prezidenti İlham Əliyev: Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması işində maksimum konstruktivlik nümayiş etdirib
Azad olunan ərazilərdə tapılan daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib
Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb (FOTO/VİDEO)
4 nəfərin ölümünə səbəb olan futbol klubunun sabiq prezidenti zərərçəkmişləri razı salıb - Məhkəmə
Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
Payız ağac əkini başlayandan bu günədək 560 minə yaxın ağac əkilib (FOTO)
Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçimi yekunlaşıb (FOTO)
Noyabrın 29-na USD/AZN rəsmi məzənnəsi
Hamilələr nə zaman koronavirusa qarşı vaksin vurdura bilər? - AÇIQLAMA
Soçidə Vladimir Putin, Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Qiyabi təhsil alan tələbələrə kredit nə üçün verilmir? - Nazir müavini açıqladı
Noyabr ayının bütün müavinət və təqaüdləri ödənib
Ukraynada həbs edilən azərbaycanlı dələduz ölkəmizə ekstradisiya edilib
Karabakh Memorial Erməni terrorunun mülkü qurbanlarına həsr edilir
"Bayraktar" ümumilikdə 400 mininci uçuş saatını başa vurub (FOTO/VİDEO)
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Təhsil Tələbə Krediti Sistemində müraciət qaydası sadələşir
Azərbaycan gimnastları Dünya Yaş Qrupları Yarışlarında batut üzərində sinxron hərəkətlərdə finala çıxıb
Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib
AzTV mobil tətbiqini istifadəyə verdi
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
MDB PA-nın iclasında Azərbaycanın qələbəsindən danışılıb
Dünya Yaş Qrupları Yarışlarında batut üzərində fərdi hərəkətlərdə finalçılar məlum olub
“Azərxalça”nın vəfat edən sabiq rəhbərinə hüquqi varis təyin edildi
Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb - Putin (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Rusiyalı sülhməramlıların fəaliyyətə başlamasından sonra məsuliyyət zonasında ciddi insidentlər olmayıb (YENİLƏNİB)
Vətəndaşların mənzillərini generalın ailəsinə satan şirkət rəhbərinə hökm oxundu
Tikinti materialı bazarında qiymətlər necədir? - Ekspertdən AÇIQLAMA
1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
İnvestorlar üçün vergi və maliyyə yükünün azaldılması nəzərdə tutulur
Tanınmış memara həsr olunmuş film ilk dəfə AzMİU-da nümayiş olunub (FOTO)
ABŞ Səfirliyi yerli işçilərin şərəfinə ağaclar ianə edib
Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA
MİDA Günay Bank ilə əməkdaşlıq müqaviləsi imzaladı
Bakıda atasını 40 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə 14 il cəza verildi
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“SOCAR” Qubadlıda yanacaqdoldurma məntəqəsi istifadəyə verdi
Ağdaş sakininin üzərindən və yaşadığı evdən narkotik vasitə götürülüb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bütün xəbərlər