...

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2020 13:05 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 9000 manat məbləğində maliyyə vəsaitinin köçürülməsi qərara alınıb.

Trend-in məlumatına görə, müvafiq vəsait Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi bu addımı ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyaraq bu şərəfli yolda dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti