Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)

Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)

Bakı. Trend:

27 sentyabr 2020-ci il tarixindən etibarən işğalçı Ermənistanın hərbi birləşmələri yeni təxribat törədərək, Azərbaycanın döyüş mövqelərini və yaşayış məntəqələrini bir neçə istiqamətdə ağır artilleriyadan atəşə tutublar.

Baş verən hadisələr zəminində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkmədiyi bir daha öz təsdiqini tapdı. Bütün bunlar Azərbaycan Ordusunu əks-hücum əməliyyatına başlamağa vadar etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində sülh danışıqlarının tərəfdarı olduğunu dəfələrlə bəyan edərək bu istiqamətdə beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq etmişdir. Lakin Ermənistan danışıqlar prosesini dəfələrlə pozmuş, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsini yerinə yetirməmiş, hətta zaman-zaman Azərbaycana qarşı terror aktları həyata keçirmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşmış Azərbaycan Ordusu dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında uzun illər işğala məruz qalmış bir çox yaşayış məntəqələrimizi, strateji əhəmiyyətli yüksəkliklərimizi azad edərək bu ərazilərdə uçrəngli bayrağımızı dalğalandırıb. Düşmən xeyli sayda canlı qüvvə, hərbi texnika itirərək geri çəkilməyə məcbur edilib. Son günlər cəbhə xəttindən gələn xoş xəbərlər hər birimizi qürurlandırır və qələbə gününün yaxında olduğuna inamımızı artırır.

Tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva haqq davamıza, haqqlı müharibəmizə münasibət bildirərək aşağıdakı fikirləri paylaşmışdır: “İşğalçı və təcavüzkar Ermənistanın sentyabrın 27-dən başlayan və bu gün də davam edən növbəti hərbi təxribatı nəticəsində Azərbaycan torpaqlarında müharibə gedir. Şanlı və rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək çoxlu sayda yaşayış məntəqələrimizi erməni işğalından azad edib. Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sırasında mənfur düşmənlə vuruşur. Dövlətimizin başçısının qətiyyətli, yenilməz iradəsi, müdrik və cəsarətli siyasəti xalqımızı parlaq qələbəyə, uğurlu gələcəyə aparır”.

Biz də universitetimizdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı haqqlı mübarizəsi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Onların fikirlərini sizə təqdim edirik:

Özdönertaş Erman- Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan filologiyası fakültəsinin tələbəsi:

“Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında dünya ictimaiyyətinə Ermənistanın quldur hərəkətlərinə son qoyulmasının zamanının gəlib çatdığını bəyan edərək haqqlının yanında dayanmağın vacibliyini vurğulamışdır. Bu savaş günlərində Türkiyə qardaş Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan dəstək olmuş, onu bu haqqlı davasında müdafiə etmişdir.

Yadımdadır, 2018-ci ildə BSU əcnəbi tələbələr üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər təşkil etmişdi. Mən də bu səfərə məmnuniyyətlə qatılmışdım. Açığını desəm, Gəncənin gözəlliyi, küçələrin səliqəsi, insanların səmimiyyəti, mehribanlığı və qonaqpərvərliyi məni heyran etmişdi. Bu günlərdə Gəncənin mənfur ermənilər tərəfindən yenidən bombalanması məni və tələbə yoldaşlarımı çox sarsıtdı. 17 oktyabr səhərimizi bu ağrılı, bu acılı xəbərlə açdıq… Gecə saatlarında erməni terrorçuları yenə dinc mülki əhalini raket atəşinə məruz qoydular. Vandalizm törətdilər. Bunlara başqa ad vermək olmur. Nə ordudurlar, nə hərbi birlik, nə də ki insan! Bunlar terrorçudurlar! Bir millət, bir dövlət, bir xalq olaraq çox qəzəbliyik.

Biz də BSU-nun tələbələri olaraq bu mübarizədə əlimizdən gələni əsirgəmirik. Sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən tarixi faktları paylaşaraq, ermənilər tərəfindən törədilən vəhşilikləri bütün dünyaya çatdırmağa çalışırıq. Qarabağın Azərbaycan Ordusu tərəfindən tamamilə azad edilməsi gününü səbirsizliklə gözləyirəm. Can Azərbaycanın günəşli günlərinin çox yaxında olduğuna inanıram.

Dünya bilsin ki, Qarabağ Azərbaycandır !”

Agha Fatma-Pakistan İslam Respublikasının vətəndaşı, Tərcümə fakültəsinin tələbəsi:

“Mən Pakistan vətəndaşıyam. 12 ildir ki Azərbaycanda yaşayıram və özümü vətənimdəki kimi hiss edirəm. Bu səbəbdən də son günlər baş verən hadisələr ürəyimə toxunur. Bildiyiniz kimi, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan və haqqlı mübarizəsini dəstəkləyən ilk dövlətlərdəndir. Bu ilin fevral ayında BSU-nun Akt zalında Xocalı faciəsi ilə bağlı nümayiş etdirilən kadrlar məni dəhşətə gətirdi və çox kövrəldim. Göz yaşlarımı tuta bilmədim. Dinc əhaliyə qarşı bu cür qəddarlıq yalnız faşist xislətli bir dövlətə məxsus ola bilər. Erməni terrorçuları 28 il sonra Gəncə şəhərində yenə də soyqırımı törətdilər. Onların cavabı verilməlidir və mütləq veriləcək! Bu müddət ərzində ermənipərəst təbliğatçilar utanmadan yalan xəbərlər, təhrif olunmuş tarixi faktlar yayırlar, həmçinin Gəncəyə hücumlarını və bu terror qurbanlarının fotolarını özlərininki kimi qələmə verirlər.

Ermənistan dövləti bu müharibəyə dini mahiyyət verməyə də çalışır. Mən qeyd etmək istərdim ki, mənim tələbə yoldaşlarım müxtəlif dinlərin nümayəndələridir. Aramızda xristian, buddist və yəhudi tələbələr var. Biz hamımız mehriban ailə kimi yaşayırıq və heç bir dini, milli ayrı-seçkilik yoxdur. Ümumiyyətlə, multikultural dəyərlərə Azərbaycan cəmiyyətində çox önəm verilir. Azərbaycanlı qardaş və bacılarım bilsin ki, biz hər zaman Azərbaycanın yanındayıq. İnanıram ki, güclü, qüdrətli Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və mütləq qələbə qazanacağdır. Çünki həqiqət Azərbaycanın tərəfindədir!”

Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub (FOTO)
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub (FOTO)
“Central Asia`s got talent” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçılar seçilir (FOTO)
“Central Asia`s got talent” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçılar seçilir (FOTO)
Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
Loading Bars
Xəbər lenti
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı
Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı
Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır - Amerikalı ekspertlər
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert
“Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib (FOTO)
Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb
Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb
Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır - TƏHLİL
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
Yaxın zamanda azad olunmuş ərazilərdə 11 hidroloji məntəqənin quraşdırılmasına başlanılacaq - ETSN
Azərbaycan nefti kəskin ucuzlaşıb
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Ərdoğan Türkmənistana səfər edəcək
Xəzər dənizində zəlzələ qeydə alınıb
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Şimali İrlandiyada qasırğa bir nəfərin ölümünə səbəb olub
8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir
"Moderna" koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq
ABŞ-da ticarət mərkəzində atışma olub
Aİ-nin paytaxtında Uber qadağan edildi
Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb
Rusiya və Çin Türk Dövlətləri Təşkilatının təbii üzvləridir - Binəli Yıldırım
Koronavirusun yeni ştammına "omikron" adı verildi
Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı
Bütün xəbərlər