...

Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində üstünlüyə malikdir - MN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 13:50 (UTC +04:00)
Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində üstünlüyə malikdir - MN

Bakı. Trend:

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti