...

AzMİU-nun kollektivi də zəfər yürüşünə qoşulub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 10:46 (UTC +04:00)
AzMİU-nun kollektivi də zəfər yürüşünə qoşulub (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Nəhayət ki, 30 il davam edən işğala son qoyuldu, torpaqlarımız əsirlikdən qurtuldu. Prezidentin müraciətindən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar.

Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan yüz minlərlə Bakı sakini Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri və tələbələri də bu aksiyalarda fəal iştirak edib, maşın karvanı ilə, əllərində üçrəngli bayrağımız, “Dağıdılan Kəndləri Biz Tikərik!” şüar yazılan plakatlarla Bakı küçələrində yürüş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti