...

Anar Kərimov beynəlxalq təşkilatları Ermənistanın islam irsinə qarşı vandalizmini sərt pisləməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2020 12:30 (UTC +04:00)
Anar Kərimov beynəlxalq təşkilatları Ermənistanın islam irsinə qarşı vandalizmini sərt pisləməyə çağırıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasın mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktları İCESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli, müsəlman dünyası öz mirasını qətiyyətlə müdafiə etməlidir.

Trend-in məlumatına görə, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq onlayn vebinarda mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

A.Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də bəhs etmişdir. O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd etmişdir. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirmişdir.

Anar Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər, ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ICESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri “İslam mədəniyyətinin paytaxtı” elan edilmiş, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı Bakıda təşkil edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti