...

UNİCEF MÜHARIBİDƏDƏN ZƏRƏR ÇƏKMIŞ UŞAQLAR ÜÇÜN YAY DÜŞƏRGƏLƏRİNİN TƏŞKILINI DƏSTƏKLƏYİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2005 13:47 (UTC +04:00)
UNİCEF MÜHARIBİDƏDƏN ZƏRƏR ÇƏKMIŞ UŞAQLAR ÜÇÜN YAY DÜŞƏRGƏLƏRİNİN TƏŞKILINI DƏSTƏKLƏYİR

İyulun 25-dən UNİCEF-in dəstəyilə Goranboy rayonunda təxminən 120 nəfərdən ibarət oğlan və qızlar üçün istirahət və əyləncə baxımından müxtəlif fəaliyyətləri özündə əks etdirən yay düşərgəsi bu həftədən etibarən öz işinə başlayır. Yay düşərgəsinin iştirakçıları mina təhlükəsinə məruz qalmış cəbhəyanı bölgələrdən olan mina qurbanı uşaqlar və məcburi köçkün ailələri də daxil olmaqla ailəsində mina qurbanı olan ailələrin uşaqlarından ibarətdir.

İyul ayının sonu və sentyabr ayı ərzində Goranboy rayonu ərazisindəki internat məktəbində həyata keçirilməsi nəzərdə tutulan 2 yay düşərgəsi müharibədən zərər çəkmiş uşaqlarınn sosial ünsiyyət bacarıqlarını yaxşılaşdırmaları və mina təhlükəsi haqda məlumat ala bilmələri üçün imkan yaradacaq və eyni zamanda onlarən cəmiyyətə integrasiyalarına kömək edəcək.

"Minalar hətta müharibə başa çatandan sonra da ayırıb-seçmədən güahsı insanlara zəqəq verən dəhşətli bir silahdır." UNİCEF-in Azərbaycandakıf nümayəndəliyinin rəhbəri xanım Hanaa Singerin sözlərinə görə, bu yay düşərgələrini müharibədən zərər çəkmiş uşaqlar üçün təhlükəsiz və yararlı bir mühitdə oynamaq, əylənmək, fikirlərini, qorxularını, ümidlərini və arzularını ifadə etmək imkanlarını yaradaraq onların aldıqları psixoloji zərbəni müəyyən şəkildə sağaltmaq məqsədi güdür".

Hər düşərgə 60 nəfər uşaqdan ibarət olub, birincisi 25-i iyuldan 3 avqust və ikincisi 29 avqustdan 7 sentyabr tarixinədək olan müddəti əhatə edəcək. Yay düşərgəlirinin iştirakçılarf ANAMA-nın Azərbaycanda Mina Qurbanlarənfn Ehtiyaclarının Öyrənilməsi üzrə aparılan sorğunun nəticəsində müəyyən edilib.

ANAMA-nın minalar üzrə proqramını mina qurbanlarına yardım baxımından dəstəkləyəcək düşərgələr ANAMA, Gənclər, İdman və Turizm Nazirliyi. İnkişaf Naminə Təşəbbüs, Azərbaycan Uşaq Təşkilatı və Rayt to Pley təşkilatları ilə birgə əməkdaşlıq halında həyata keçirilir.

ANAMA-nın təqdim etdiyi sorğuya əsasən hal-hazırda 1883 nəfərdən ibarət mina qurbanlarənən 22-si uşaqlardan (0-18 yahlı) ibarətdir və tərkibində mina qurbanı olan uşaqlı ailələrin sayı isə 400-ə çatır.

Xəbər lenti

Xəbər lenti