...

ATƏŞKƏS POZULUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2005 13:03 (UTC +04:00)

Avqustun 13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi yenidən pozublar. Bu barədə Trend ə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumatda bildirilir ki, saat 00.05-dən 00.35-ə və saat 00.40-dan 01.00-dək Xocavənd rayonunun ermənilərin işğalı altında olan Kuropatkino kəndi yaxınlığındakı düşmən mövqelərindən həmin mövqelərlə üzbəüz yerələşən mövqelərimiz avtomatlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti