...

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivləri bu gün İrəvanda ER XİN başçısı və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında müzakirə edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2006 17:00 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivlərini bu gün İrəvanda ER xarici işlər naziri Vardan Oskanyan və ATƏT-in Minsk qrupunun həmsədrləri müzakirə edib.

Bu gün ER XİN-in mətbuat və ictimaiyyətlə əlaqələr idarəsində "ARKA"-ya bildirilib ki, görüşdə tərəflər danışıqlar prosesinin hazırkı vəziyyətinə toxunub, habelə Ermənistan və Azərbaycan prezidentlərinin fevralın 10-da Parisdə keçiriləcək görüşünün detalları müzakirə edilib. Görüşdə ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Məlumata görə, bu gün həmsədrləri Ermənistan prezidenti Robert Köçəryan da qəbul edəcək. V.Oskanyan ilə ikinci görüş də nəzərdə tutulub.

ATƏT-in MQ həmsədrləri Stiven Mənn (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa) bu gün İrəvana Bakıdan gediblər. ARKA bildirir ki, görüşün məqsədi Ermənistan və Azərbaycan prezidentlərinin fevralın 10-da Parisdə keçiriləcək görüşdən öncə bəzi məsələlərin yoxlanılmasıdır.

Xəbər lenti

Xəbər lenti