Fevralın 23-də Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində atəşkəs pozulub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Saat 00.50-dən 01.25-dək Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun işğal olunmuş Cerabert kəndindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutub.
Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.