...

ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda toplaşıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2006 19:10 (UTC +04:00)

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupunun (MQ) həmsədrləri martın 7-də Vaşinqtonda məsləhətləşmələrə başlayır. Bu barədə Trend ə MQ-nin amerikalı həmsədri Stiven Mənnin ABŞ Dövlət departamentindəki ofisindən bildirilib.

Məsləhətləşmələrdə S.Mənn ilə yanaşı Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik iştirak edəcək. Məsləhətləşmələr martın 8-də başa çatacaq.

ATƏT MQ-nin Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin fevralın 10-11-də Parisdə keçirilmiş danışıqlarının yekunlarına əsasən komyunike ilə çıxış edib. Burada qeyd olunur ki, martın əvvəlində Vaşinqtonda məsləhətləşmələr aparılacaq, həmçinin Azərbaycan və Ermənistan XİN başçıları ilə Dağlıq Qarabağ probleminə dair gələcək müzakirələrin müxtəlif aspektləri nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti