...

Erməni silahlı qüvvələri bir neçə istiqamətdən atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2006 12:03 (UTC +04:00)

Trend-i buradan izləyin

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 23-də növbəti dəfə atəşkəsi pozaraq bir neçə istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Bu barədə Trend ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri martın 23-də saat 18.20-dən 18.25-dək Qazax rayonunun Məzəmli kəndinin 0,4 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Məzəmli kəndini avtomat və pulyemotlardan atəşə tutub. Həmin gün saat 19.50-dən 20.00-dək Qazax rayonunun Aşağı Əskipara kəndinin 0,5 km cənubunda və işğal olunmuş Bağanis Ayrım kəndinin 0,3 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, həmçinin saat 21.30-dan 21.55-dək Tərtər rayonunun Çaylı kəndinin 0,8 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və saat 22.10-da Tərtər rayonunun Qarmiravan kəndinin 4 km cənub-qərbində yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin üzbəüz mövqelərini avtomatlardan və pulyemotlardan atəşə tutublar.

Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti