Trend agentliyinin məlumatına əsasən, AŞPA-nın Azərbaycan, Ermənistan və Gürcüstanda itkin düşmüş şəxslərin məsələləri üzrə məruzəçi Leo Platvoet (Niderland) aprelin 24-də Cenevrədə yerləşən Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi ofisinə baş çəkəcək.
Səfər zamanı komitə rəhbərliyi ilə görüş və Cənubi Qafqaz ölkələrində itkin düşmüş şəxslərin məsələsi ilə bağlı müzakirələrin aparılması gözlənilir.