...

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zərurəti Azərbaycan və Ermənistanın AŞ-yə qəbul edilməsinin əsas səbəblərindən biridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2006 14:32 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zərurəti Azərbaycan və Ermənistanın AŞ-yə qəbul edilməsinin əsas səbəblərindən biridir.

Bu barədə mayın 5-də jurnalistlərə AŞ-nin siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loran bəyan edib.

"Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli Azərbaycan və Ermənistanın Avropa dəyərləri sisteminə daxil edilməsi prosesini sürətləndirəcək", - deyə o, mayın 5-də İrəvanda "Ermənistan və Avropa Şurası, 5 illik üzvlük" adlı forumda çıxışı zamanı bəyan qeyd edib. J.-L. Loran bildirib ki, Cənubi Qafqaz müasir Avropanın bir hissəsi olmalıdır.

Trend in xəbər verdiyi kimi, o vurğulayıb ki, Avropa məkanında ədavətə yer yoxdur və Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınacağına ümidvar olduğunu bildirib.

AŞ Avropada 1949-cu ildən fəaliyyət göstərir. Təşkilatın tərkibinə 46 ölkə (ümumi əhalinin sayı 800 mln-dan çoxdur) daxildir. Ermənistan AŞ-yə 25 yanvar 2001-ci ildə Azərbaycanla eyni vaxtda daxil olub. Bu barədə Novosti-Armeniya xəbər verir.

Xəbər lenti

Xəbər lenti