...

Yaqub Mahmudov: "Azərbaycan üçün müdafiə mövqeyi ölüm deməkdir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2006 16:07 (UTC +04:00)

Azərbaycan ermənilərlə informasiya müharibəsində hücum mövqeyində olmalıdır. Trend xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.

Millət vəkili bildirib ki, Azərbaycan ermənilərlə müharibədə daim hücum mövqeyini seçməlidir: "Dünyanın gözü kordur. Ona görə ki, erməniləri müdafiə edir, xristian həmrəyliyi var, erməniləri bəsləməklə türklərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Buna görə də biz bütün mümkün olan vasitələrdən istifadə edib informasiya müharibəsində iştirak etməliyik".

Tarixçi alim Azərbaycanın bugünkü gəncliyindən də narazılığını ifadə edib: "Gənclərin böyük əksəriyyəti nə Dağlıq Qarabağın, nə Azərbaycanın, nə də Ermənistanın tarirxini bilir. Çünki onlara qarşı da iş aparırlar, yollarından döndərirlər".

Millət vəkili onu da bildirib ki, "Vandalizm" adlı yeni kitab çap ediblər: "Ermənilərin özlərinin inzibati-ərazi bölgüsü, verilən qərarlar, fərmanlar əsasında dəyişdirilən minlərlə Azərbaycan yer adlarının siyahısını vermişik. Erməni alimləri buyurub faktlarımızın qarşısında fakt qoysunlar. Əgər bunu bacarırlarsa".

Xəbər lenti

Xəbər lenti