2006-cı il oktyabrın sonlarında AŞPA-nın Dağlıq Qarabağ məsələləri üzrə müvəqqəti komissiyası regiona səfər edəcək.
Bu barədə ilkin razılaşma AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin başçıları Səməd Seyidov və Tiqran Torosyanın, o cümlədən AŞ-nin alt komissiyasının Dağlıq Qarabağ məsələləri üzrə məruzəçisi lord Rassel Consonun bir gün əvvəl Strasburqda görüşü zamanı əldə olunub.
Bu barədə "ARKA" agentliyinə Ermənistan Milli Yığıncağının ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
"Oktyabrın ikinci on günlüyündə İrəvanda AŞPA monitorinq komissiyasının iclasının, noyabrın 2-ci on günlüyündə isə Bakıda siyasi məsələlər üzrə komissiyanın iclasının keçiriləcəyini nəzərə alaraq müvəqqəti komissiyanın regiona səfərinin oktyabrın sonuncu həftəsində həyata keçirilməsi ilə bağlı ilkin razılaşma əldə olunub",- deyə məlumatda deyilir.
Bundan başqa, AŞPA bürosu T.Torosyanın təklifi ilə komissiyanın yeni tərkibini təsdiqləyib.