...

Novruz Məmmədov: Qarabağ məsələsi "böyük səkkizliy"in müzakirəsinə çıxarılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2006 15:44 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizanması məsələsi "böyük səkkizliy"in Sakt-Peterburqda keçiriləcək zirvə görüşü çərçivəsində müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Prezidentin İcra Apparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv olaraq bildirib. Onun sözlərinə görə, Rusiya və ABŞ-ın həmin məsələni G8 dövlət başsçılarının müzakirəsinə çıxarmaq niyyətində olduğu şübhəsizdir.

Danışıqlar prosesindəki gələcək addımlara gəldikdə, N.Məmmədov bu haqda məlumata malik olmadığını qeyd edib. Onun dediklərinə görə, artıq yay mövsümüdür və bir çox beynəlxalq təşkilat və qurumların nümayəndələri məzuniyyətə çıxır. Buna görə yaxın gələcəkdə hansı görüş və səfərlərin olacağı məlum deyil.

N.Məmmədov ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Metyu Brayzanın "vasitəçilər sülh dialoqunun müəyyən mərhələyə çatdırıb ki, bundan sonra Azərbaycan və Ermənistan prezidentləri özləri qərar verməlidir" bəyanatına da münasibət bildirib. Onun dediklərinə görə, həmsədrlər müəyyən mənada ictimaiyyətdə fikir formalaşdırmaq və prezidentlərin üzərində məsuliyyətini müəyyən mənada artırmaq məqsədilə belə danışır.

"Bütün bu fikirlər əslində düzgündür, amma 50%, ona görə ki həmsədrlər və bununla bağlı mövqe bildirənlər, təəsüflər olsun ki, Azərbaycanla Ermənistanı eyni tərəziyə qoyur. Azərbaycan işğal olunmuş dövlətdir, Ermənistan isə işğalçı dövlətdir. Buna görə də onlar ədalətli olub, düzgün mövqe bildirsə idilər, deyərdilər ki, Ermənistan rəhbərliyi düzgün fikriləşməlidir, düzgün qərar qəbul etməlidir və məsuliyyəti öz üzərinə götürməlidir. Onlar törətdikləri bu cinayətlər, bu işğal, bu irticanın əvəzində düzgün mövqe tutaraq ordunu çıxarmalıdı, ərazini isə azad etməlidirlər. Burada başqa yol yoxdur" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti