...

2006-cı ilin 1-ci yarısında Azərbaycanda 15 nəfər mina partlayışlarının qurbanı olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2006 17:33 (UTC +04:00)

2006-cı ilin birinci yarısında Azərbaycanda 15 nəfər mina partlayışlarının qurbanı olub. Bu statistika Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyasının apardığı tədqiqatlar əsasında müəyyən edilib. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

11 mina partlayışı nəticəsində 1 nəfər həlak olub, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Zərərçəkənlərin altı nəfəri mülki şəxs, iki nəfəri isə uşaqlardır. Bütün faktlar, əsasən Ağcabədi, Ağdam, Tərtər, Ağstafa, Gədəbəy, Fizuli rayonlarında və Bakı şəhəri Əzizbəyov rayonunun Şaqan qəsəbəsində baş verib.

Qeyd edək ki, 2005-ci ilin analoji dövrü ərzində 23 mina partlayışı hadisəsi baş verib. Nəticədə 4 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti