...

Fəzail İbrahimli: "AŞPA-da Ermənistana işğalçı dövlət kimi münasibət bəslənilmir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2006 16:00 (UTC +04:00)

Avropa Şurası Ermənistanı işğalçı dövlət kimi tanısa da, ona bu münasibəti bəsləmir. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Fəzail İbrahimli bildirib.

Millət vəkili bildirib ki, onların qarşısında əsas məqsəd Ermənistanın işğalçı siyasətini dünyaya çatdırmaqdır. F.İbrahimli qeyd edib ki, Azərbaycan ərazisində yanğınların törədilməsi ilə erməni vandalizminin yeni forması mövcuddur: "AŞPA-nın payız sessiyasında Azərbaycana qarşı münasibətdə ikili standrtlarla yanaşma, Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-in yarıtmaz mövqeyi və digər məsələlər ətrafında kifayət qədər fikir mübadiləsi aparılacaq. Bunun üçün nümayəndə heyətimiz tərəfindən lazımi sənədlər hazırlanır və onlar qurumun müvafiq komitələrinə təqdim ediləcək".

F.İbrahimli onu da əlavə edib ki, AŞPA Ermənistanın işğalçı siyasətinin qarşısını almaqda laqeydlik göstərir: "Çünki bu qurumun kifayət qədər imkanı və təsir mexanizmi var. Hətta Ermənistanın ultimatum və tələblər formasında üzvülüyünün dayandırılması da mümkündür. Lakin bu mövqe AŞPA tərəfindən göstərilmir. Dünya Ermənistanı işğalçı dövlət kimi tanısa, ona təsir etmək mümkün ola bilər".

Millət vəkili bildirib ki, AŞPA-nın 1416 saylı qətnaməsində Ermənistan işğalçı dövlət kimi göstərilsə də, ona bu münasibət bəslənilmir. Əraziləri işğal olunan Azərbaycanla işğalçı Ermənistana eyni münasibət bəslənilir.

Xəbər lenti

Xəbər lenti