Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sloveniyada görüşəcək
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın Sloveniyada görüş keçirəcəyi planlaşdırılıb. Trend in ANS telekanalına istinadən verdiyi xəbərə görə, görüş avqustun 28-də baş tutacaq.
Nazirlər "Xəzər-2008" beynəlxalq konfransında iştirak etmək üçün Lyublyanaya gəliblər. Azərbaycan prezidenti İlham Əliyev də burada işgüzar səfərdədir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt da Lyublyanadadır.