ISESCO Azərbaycanın mədəni irsinə qarşı Ermənistanın yürütdüyü təcavüzü pisləyir. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Bakıda jurnalistlərə Təhsil, Elm və İslam Mədəniyyəti Təşkilatının (ISESCO) direktoru Əbdüləziz Eltvaicri bəyan edib.
Onun sözlərinə görə, təşkilat Azərbaycana qarşı bütün beynəlxalq hüquq normalarına zidd olan erməni təcavüzünü qəti pisləyir. Ə. Eltvaicri əlavə edib ki, Azərbaycan ərazisində beynəlxalq hüququn pozulması faktları baş verib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən erməni təcavüzü beynəlxalq hüquqa ziddir, - deyə o bəyan edib.
ISESCO direktoru qeyd edib ki, təşkilat bu faktları dünya ictimaiyyətinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırmaq niyyətindədir.