...

QAT Fransanın qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etmək cəhdlərini pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2006 15:53 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Fransa parlamentində saxta "erməni soyqırımı" ilə bağlı növbəti müzakiələr keçimək və rüsvayçı qanun qəbul etmək cəhdlərini qətiyyətlə pisləyir. Trend in məlumatına görə, bu fikirlər QAT-ın oktyabrın 10-da yaydığı bəyanatındandır.

QAT hesab edir ki, Fransa hökuməti və parlamenti açıq-aydın ermənipərəst mövqedən çıxış edir, nəyin bahasına olur-olsun, ermənilərin haqsız iddialarını müdafə etməyə çalışır. Bəyanatda Fransanın bu hərəkətinin beynəlxalq hüquq normlarına, sivil dəyərlərə uyğun gəlmədiyi, bu cür mövqedən çıxış edən ölkəyə Avropada və dünyada yer olmadığı vurğulanıb. QAT həmçinin Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını tələb edir.

"Fransa hökuməti qondara "erməni soyqırımı" ilə bağlı qanun qəbul etmək niyyətindən əl çəkməsə, QAT Azərbaycanda Fransa səfirliyinin fəaliyyətinin dayandırılması tələbi ilə aksiyalara başlayacaq"-deyə bəyanatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti