Dünən Ermənistan Silahlı Qüvvələri axşam saat 18-dən başlayaraq Füzuli rayonunun işğal altında olan Horadiz kəndindən üzbəüz mövqelərimizi avtomat silahlardan 30 dəqiqəyə yaxın atəşə tutub. Bunu Trend in bölgə müxbiri xəbər verir.
Cəbhə bölgəsində yerləşən hərbçilərimiz cavab atəşi açaraq düşməni susdurub. Ölən və yaralanan yoxdur. Həmin gün atəşkəsi pozmaqda fəallığını artıran düşmən saat 20:10-dan başlayaraq Cəbrayıl rayonunun Meftili və Dərətəpə adlanan ərazisini avtomat və pulyemetlardan 21:10-na qədər atəşə tutub.
Həmin ərazidə yerləşən milli ordumuzun bölmələri cavab atəşi açaraq düşməni susdurub. Ölən və yaralanan yoxdur. Məlumatı kənd sakinlərinə istinadən yayırıq.