...

Ermənistan törətdiyi cinayətlərə görə Azərbaycan və Türkiyədən üzr istəməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2006 15:29 (UTC +04:00)

Türkiyənin Azərbaycanla sərhəd olan İqdır əyalətində həmin ərazinin işğaldan azad olunmasının 86-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Trend in xəbər verdiyi kimi, tədbirlərdə Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov, o cümlədən Naxçıvan Dövlət Universitetinin musiqi kollektivi iştirak edib. Tədbirlər çərçivəsində əyalətin qubernatoru Saim Saffet Qarahisarlı azərbaycanlı diplomatı Türkiyə-Azərbaycan ticarət əlaqələrinin inkişafında xidmətlərinə görə medalla təltif edib. "Müstəqilliyin qiymətini işğala qarşı mübarizənin bütün ağırlığını öz üzərində duyanlar bilir. Bu, ilk növbədə torpaqlarının erməni işğalından azad olunması uğrunda mübarizə aparan azərbaycanlılara aiddir", - deyə qubernator bildirib.

Qarahisarlı Ermənistanı Ankara ilə mehriban qonşuluq əlaqələri qurmağa və Türkiyənin etimadını qazanmaq üçün əlindən gələni etməyə çağırıb. "İrəvan keçmişdə törətdiyi cinayətlərə görə Türkiyə və Azərbaycan qarşısında üzr istəməlidir", - deyə qubernator vurğulayıb.

Xəbər lenti

Xəbər lenti