...

Azərbaycan prezidenti: "Dağlıq Qarabağa müstəqillik statusu vermək mümkün deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2006 18:46 (UTC +04:00)

Dağlıq Qarabağa müstəqillik statusu vermək mümkün deyil. Trend -in məlumatına görə, bu haqda Azərbaycan prezidenti İlham Əliyev Əbu-Dabi televiziyasına verdiyi müsahibədə bildirib.

Prezident deyib: "Ermənilər Dağlıq Qarabağ üçün müstəqillik istəyirlər. Bu mümkün deyil. Azərbaycan heç vaxt bunu qəbul etməyəcək. Biz onlara muxtariyyət statusunu təqdim edə bilərik".

İlham Əliyev xatırladıb ki, Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu ilə qaydaya salmağa çalışır. O qeyd edib: "Əgər ermənilər münaqişənin həllinə nail olmaq istəyirlərsə və təhlükəsiz şəraitdə yaşamaq istəyirlərsə, onda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməlidirlər".

İlham Əliyev deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarıyıq və əlavə edib ki, bununla belə "biz güclü iqtisadiyyat və ordu yaradırıq və işğal olunmuş torpaqların azad olunmasına hazır olmalıyıq. Bu bizim hüququmuzdur, qanuni hüququmuzdur".

Xəbər lenti

Xəbər lenti