...

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ərazilərdə hərbi təlimləri davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2006 15:04 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə tez-tez hərbi təlimlər keçirdiyi üçün cəbhəyani kəndlərdəki sakinlərə xeyli ziyan vurub. Trend in bölgə müxbiri xəbər verir ki, erməni hərbiçilərinin hərbi təlimlərdə istifadə etdiyi iri artilleriyadan və toplardan atılan mərmi kəndlərdə torpaq titrətməsi törətdiyi üçün təmas xətti boyunca yerləşən kəndlərdə yaşayan sakilərin evlərini qəzalı vəziyyətə salıb. Bu cür hallar isə əsasən Ağdam rayonunun Çıraqlı, Çəmənli, Ortaqışlaq, Mürəşəlli və digər kəndlərində müşahidə olunur.

Kənd sakinləri bildirir ki, atılan mərmirələrin törətdiyi partlayış dalğa əmələ gətirdiyi üçün evləri zədələyir. Bu isə ən çox evlərin divarlarında və şüşələrində çat və sınıqlar əmələ gətirir və evlərin hər an uçub-dağılmasına gətirib çıxara bilər.

Qeyd edək ki, hazırda Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ərazilərimizdə hərbi təlimləri davam etdirir. Hərbi təlimlərdə ağır texnika və atıcı silahlardan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti