...

2006-cı ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs 100 dəfədən artıq pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2007 16:27 (UTC +04:00)

2006-cı ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəsin pozulma halları 100 dəfədən artıq olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

Atəşkəs əsasən Qazax və Tərtər istiqamətlərində pozulub.

İ.Verdiyev Azərbaycanın mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən avtomat və pulemyotlardan atəşə tutulması nəticəsində həlak olmuş əsgərlərin sayı barədə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti