...

BQXK nümayəndələri Yerevanda əsirlikdə saxlanılan Azərbaycan əsgərləri ilə növbəti dəfə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Yanvar 2007 16:13 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri yanvarın 10-da Yerevanda erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədovla görüşüb. Bu barədə Trend ə BQXK-nin Bakı ofisindən bildiriblər.

Bu, BQXK-nin S.Məmmədovla sayca beşinci görüşüdür. Nümayəndələr S.Məmmədovun saxlandığı şərait və sağlamlığı ilə maraqlanıb, ona ailəsinin məktubunu təqdim ediblər. Bu, sayca ailəsinin üçüncü məktubudur.

Qazax rayonunda yerləşən N hərbi hissəsinin bu əsgəri dekabrın 24-də qeyri-məlum səbəblərdən erməni əsirliyinə düşüb.

Təşkilatın Bakı ofisindən bildiriblər ki, BQXK-nin Qarabağ ofisinin əməkdaşları yanvarın 9-da növbəti dəfə əsirlikdə saxlanılan Azərbaycan əsgəri Eldəniz Nuriyevlə görüşüb.

Bu, nümayəndələrin E.Nuriyevlə sayca üçüncü görüşü olub. Nümayəndələr E.Nuriyevin saxlandığı şərait və sağlamlığı ilə maraqlanıblar.

Füzuli rayonunda yerləşən N hərbi hissəsinin bu əsgəri dekabrın 31-də naməlum səbəblərdən erməni əsirliynə düşüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin ilkin versiyasına görə, hər iki əsgər yolu azaraq erməni əsirliyinə düşüb.

Xəbər lenti

Xəbər lenti