...

İtkin düşmüş şəxslərin axtarışı üzrə Beynəlxalq İşçi Qrupunun rəhbərliyi may ayında Azərbaycana səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2007 12:51 (UTC +04:00)
İtkin düşmüş şəxslərin axtarışı üzrə Beynəlxalq İşçi Qrupunun rəhbərliyi may ayında Azərbaycana səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/ Trend in Dağlıq Qarabağ münaqişəsində əsir , itkin düşmüşlərin axtarışı və əsirlərin azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun (BİQ) rəhbəri Bernxard Klazenlə müsahibəsi

-Azərbaycanın hərbi əsirlər, girov və itkin düşmüş vətəndaşların işi üzrə Dövlət Komissiyasının məlumatına əsasən, siyahıda 4566 insan göstərilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına əsasən siyahıda 4132 insan qeyd olunub. Siyahılar arasında fərqin səbəbi nədən ibarətdir? İtkin düşmüşlərin hansı siyahısı üzrə tərəfinizdən Azərbaycan və Ermənistanla birgə hazırda konkret işlər aparılır?

- Bizim kiçik qrupumuz var: cəmi üç rəhbər və üç koordinator. Buna görə də fəaliyyətimiz itkin düşmüşlərin az sayı ilə işə istiqamətlənib. Bunlar təxminən 200 insandır. Buna görə də təşkilatların siyahıları arasında fərqin səbəbini söyləmək çətindir.

- Beynəlxalq İşçi Qrupunun Azərbaycan və Ermənistan dövlət komissiyaları ilə nə dərəcədə uğurlu əməkdaşlıq edir? Bu və ya digər məsələ ilə bağlı fikir ayrılığı mövcuddurmu?

- Qrupumuz Dövlət Komissiyaları ilə sıx əməkdaşlıq edir. Bizim ümumi məqsədimiz var: hərbi əsirlərə kömək etmək və regionda itkin düşmüşləri axtarmaq. Məhz buna görə də QHT və hərbi Əsir, qaçqın avə İtkin düşmüşlər üzrə Dövlət Komissiyaları ilə tamamailə qarşılıqlı anlaşma var.

Ermənistan tərəfindən azad edilmiş təxminən 13 keçmiş hərbi əsir Azərbaycanda mühakimə edilib. Fikirləşirik ki, bu insanlar hadisələrlə bağlı travma alıb və onlara tibbi, psixoloji yardım göstərilməsinə ehtiyacı var. Fikirləşirik ki, onlar azad edilməlidir.

- Hərbi əsirlər və İtkin düşmüş şəxslər üzrə Azərbaycan və Ermənistan dövlət komissiyalırının növbəti görüşü planlaşdırılırmı? Bu görüşün keçirilməsi nədən asılıdır və gündəliyə hansı məsələlər daxil oluna bilər?

- Biz 2005-ci ildə Tiflisdə Azərbaycan və Ermənistan dövlət komissiyalırının görüşünü təşkil etdik. Hazırda belə görüşün keçirilməsi planlaşdırılmır, lakin biz həmişə münaqişə tərəfləri ilə əməkdaşlıq etməyə hazırıq. Əgər tərəflər bizdən yenə bu cür görüşün təşkil edilməsini xahiş etsələr, əlbəttə, bu görüşün neytral ərazidə təşkili üçün əlimizdən gələni edərik.

- Azərbaycan və Ermənistanda itkin düşmüş şəxslərin problemlərinin həllində AŞPA məruzəçisi Leo Platvoetin Cənubi Qafqazda itkin düşmüşlərlə bağlı məruzəsi hansı rolu oynaya bilər?

- Fikirləşirmək ki, Qarabağ münaqişəsi ərazisində humanitar məsələlərə beynəlxalq ictimaiyyətin cəlb olunması çox vacibdir. Silahlı münaqişə bir çox insanların iztirablarına səbəb olub. Münaqişə qurbanları ilə beynəlxalq həmrəylik çox mühümdür. Qarabağ münaqişəsində İtkin düşmüşlərin problemləri barədə beynəlxalq səviyyədə məlumatlandırmaq olduqca vacibdir. Bu aspektdə AŞPA məruzəçisi Leo Platvoetin işi çox lazımlıdır. Lakin hazırda ikinci addımı atmaq lazımdır: Beynəlxalq ictimaiyyət tərəflərə münaqişənin yaratdığı humanitar məsələlərin həllində kömək etməyə hazırdır. İndi bu humanitar məsələlərin həlli münaqişə tərəflərinin hansı köməyin lazım olduğunu müəyyən etməsindən asılıdır.

- Regiondakı vəziyyətlə bağlı növbəti hesabatın hazırlanmasına ehtiyac varmı? BİQ rəhbərliyi regiona səfər etməyi planlaşdırırmı?

- Mən Qarabağ münaqişəsi regionunda humanitar faciənin beynəlxalq ictimaiyyətə çatdırılmasına kömək edən hər bir addımı dəstəkləyirəm. Bu mənada regiondakı vəziyyətlə bağlı mütəmadi məruzə hazırlamaq köməkçi ola bilər. Biz may ayında regiona səfər etməyi planlaşdırırıq.

Xəbər lenti

Xəbər lenti