Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilir. İclasda həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun həmsədrləri də iştirak edir.
Azərbaycanın Vyanadakı səfiri Fuad İsmayılovun Trend ə verdiyi məlumata əsasən, Daimi Şuranın iclasında həmsədrlərin çıxışı planlaşdırılmayıb. Təşkilatın nazirlər Şurasının iclası ərəfəsində vasitəçilər noyabr ayında Daimi Şuranın iclasında iştirak edəcəklər.
Sabaha ATƏT-in Minsk Qrupu həmsədrlərinin brinfiqi planlaşdırılıb. Onlar Şura iştirakçıları və ATƏT-in fəaliyyətdə olan rəhbəri Migel Anxel Maratinosu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə məlumatlandıracaqlar.