...

Gənclər və idman naziri Şəmkirdəki N saylı hərbi hissənin əsgərləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Aprelin 4-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Şəmkirdəki N saylı hərbi hissədə olub və burada xidmət edən qabaqçıl əsgərləri fəxri fərmanlarla mükafatlandırıb. Azad Rəhimov əsgərlər qarşısında çıxış edərkən bildirib ki, ictimaiyyətin əsgərlərlə mütəmadi görüşlərinin təşkil olunması vacibdir. Bu, əsgərlərdə ruh yüksəkliyi yaradır.

"Məlum olduğu kimi, Azərbaycan müharibə şəraitində yaşayır. Bu gün hər bir əsgərin ən böyük arzusu torpaqların qaytarılmasıdır. Gələcəkdə belə tədbirlərin başqa hərbi hissələrdə də davam etməsini nəzərdə tutmuşuq",-deyə A.Rəhimov bildirib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi hərbi hissəyə məişət əşyaları hədiyə edib. Nazir bildirib ki, yaxın vaxtlarda nazirlik hərbi hissəyə müxtəlif kitablar da hədiyyə etməyi nəzərdə tutub. Hərbi hissədə əsgərlərin yataq otağına, mətbəxinə, məişət otağına, təmir yerinə baxış keçirən nazir müşahidələrindən razı qalıb. O, əsgərlərlə birlikdə nahar edib və yeməklərin dadından razı qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti