...

Ermənistan parlamentinin spikeri ATƏT-in Minsk qrupunun təkliflərini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı vasitə hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2007 13:42 (UTC +04:00)

Ermənistan Milli Məclisinin spikeri Tiqran Torosyan ATƏT-in Minsk qrupunun təkliflərini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı vasitə hesab edir. "ATƏT-in Minsk qrupunun həmsədrləri yekun Helsinki aktında qeyd olunmuş millətlərin öz müqəddəratlarını təyin etmə və ərazi bütövlüyü prinsiplərini müqayisə etməyi təklif edərək qarşıdurmanın həlli üçün ən yaxşı çıxış yolu tapıblar" - deyə Torosyan bir gün əvvəl daxildə yer dəyişmiş şəxslərin hüquqlarının müdafiəsi məsələləri üzrə BMT baş katibinin nümayəndəsi Uolter Kalinlə Yerevanda keçirilmiş görüşdə bəyan edib.

Cümə günü Ermənistan Milli Məclisinin İctimaiyyətlə əlaqələr şöbəsindən " ARKA " agentliyinə verilən məlumata əsasən, Torosyan BMT və beynəlxalq ictimaiyyəti düzgün münasibət göstərməyə və bu vəziyyəti düzgün qiymətləndirməyə çağırıb. O, qeyd edib ki, Ermənistanda Azərbaycandan fərqli olaraq nifrət və müharibə təbliğatı aparılmır.

Spikerin sözlərinə görə, əgər Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hər hansı bir sənəd imzalayacaqlarsa, bu qərar cəmiyyət üçün qəbul edilən olmalıdır. O vurğulayıb ki, bu aspektdə iki ölkə cəmiyyətinin hazırlığı olduqca vacibdir. Bu da dözümsüzlük və nifrət təbliğatını tamamilə aradan qaldırır.

Kalin öz növbəsində Ermənistan parlamentinin spikerinə vəziyyəti tam aydınlaşdırmağa imkan verən izahatlarına və bütün təfsilata görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti