...

Azərbaycan XİN rəhbəri: Dağlıq Qarabağ üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunmur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2007 12:20 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri: Dağlıq Qarabağ üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunmur

Azərbaycan, Bakı /müxbir Trend A.İsmayılova/ Azərbaycanın xarici işlər naziri cümə günü bəyan edib ki, XİN rəhbəri kimi o, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasının tərəfadarı deyil.

ATƏT Minsk Qrupu həmsdərlərinin Bakıdakı danışıqlarını şərh edərkən Məmmədyarov bildirib ki, bu danışıqlar tərəflərin mövqelərini öyrənmək üçün çox vacib olub. Eyni zamanda nazir əlavə edib ki, hər hansı bir irəliləyişin müşahidə olunmasını söyləmək olmaz, lakin o, tərəflər arasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanlı diplomatın sözlərinə görə, əsas prinsipləri müzakirə etmək və saziş hazırlamaq lazımdır. O bildirib ki, danışıqlar həmsədrlərlə görüş zamanı razılaşdırılmamış Laçın dəhlizi və Azərbaycan qaçqınlarının qaytarılması məsələsi ətrafında aparılır.

Məmmədyarov bildirib ki, ekspertlər Laçın dəhlizindən həm insanların, həm çinin yüklərin hərəkətinin təhlükəsizliyi məsələsini dəqiq hesablamalıdır. Diplomat qeyd edib ki, bu ərazidə yerləşdiriləcək sülhməramlı qüvvələr məsələsi də açıq qalır.

İyunun 6-da Minsk Qrupunun həmsədrləri yenidən regiona səfər edəcək, bundan sonra iyunun 9-da Sankt-Peterburqda prezidentlərin növbəti görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti