...

ATƏT-in fəaliyyətdə olan rəhbəri Ermənistan və Azərbaycan rəhbərliyini münaqişənin həlli üçün mövcud imkanlardan istifadə etməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2007 16:09 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan rəhbəri Migel Anhel Moratinos bu gün Ermənistan və Azərbaycan rəhbərliyini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mövcud imkanlardan istifadə etməyə çağırıb.

"Mediamaks" agentliyinin məlumat verdiyi kimi, bu gün Bakıdan Yerevana gəlmiş Migel Anhel Moratinos bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla birgə mətbuat konfransında bildirib.

Vardan Oskanyan qeyd edib ki, bu səfər İspaniya xarici işlər nazirinin Ermənistana tarixdə ilk səfəridir.

İyunun 9-da Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışan ATƏT-in fəaliyyətdə olan rəhbəri tərəfləri "keçmişə deyil, gələcəyə nikbinlik və ümidlə baxmağa" çağırıb.

Ermənistan XİN rəhbəri Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdan gələn görüşünü şərh etməkdən imtina edib. Vardan Oskanyanın sözlərinə görə, "liderlər səviyyəsində istənilən görüş müəyyən ümidlər yaradır".

"Bu gün irəliləyişə nail olmaq üçün müəyyən baza mövcuddur. Əgər prezidentlərin görüşündə əhəmiyyətli irəliləyiş əldə olunmasa, iş Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində davam etdiriləcək", deyə Vardan Oskanyan bildirib.

Ermənistan XİN rəhbəri vurğulayıb ki, Ermənistan tərəfi üçün ən əsas məsələ Dağlıq Qarabağ xalqının müqəddəratı hüququnun təmin olunması məsələsidir. "Əgər biz Dağlıq Qarabağın statusunu onun xalqının müqəddaratı hüququnun reallaşdırılması yolu ilə müəyyən etmək və möhkəmləndirməyə nail ola bilsək, Azərbaycan tərəfindən başlanılmış müharibənin nəticəsi olan digər məsələləri həll etmək mümkün olacaq", deyə V.Oskanyan bəyan edib.

Migel Anhel Moratinos bu gün Yerevanda Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Serj Sarkisyanla görüşəcək.

Xəbər lenti

Xəbər lenti