...

XİN başçısı: "Ermənistan Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2007 13:42 (UTC +04:00)

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhün bərqərar olması üçün danışıqları davam etdirmək niyyətindədir. Bunu İranda "Uys" ("Ümid") adlı erməni qəzetinə müsahibəsində Ermənistan XİN başçısı Vardan Oskanyan deyib.

"ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların növbəti mərhələsi bu ilin iyununda Sankt-Peterburqda baş tutub. Burada Ermənistan və Azərbaycan prezidentləri görüşüblər" - deyən nazir qeyd edib ki, görüşün nəticələrinə əsasən irəliləyiş müşahidə olunmasa da, Ermənistan münaqişənin həlli və bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün səylərini əsirgəməyərək özünün bu "həssas və vacib prosesdə müsbət iştirakı"nı davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti