...

GUAM ərazisində dondurulmuş münaqişələr məsələsi Nyu-Yorkda müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2007 17:16 (UTC +04:00)
GUAM ərazisində dondurulmuş münaqişələr məsələsi Nyu-Yorkda müzakirə olunacaq

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ BMT-nin Baş Assambleyasının məlumatında bildirilir ki, sentyabrın 18-də BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında dondurulumuş münaqişələrin dünya təhlükəsizliyi və inkişaf üçün törətdiyi nəticələr, silahlı toqquşmaların qarşısının alınması məsələləri və Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət müzakirə olunacaq.

GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin bir qədər əvvəl Trend ə verdiyi məlumata görə, uzadılmış münaqişələrə dair qətnamə layihəsinin BMT-nin Baş Assambleyasının müzakirəsinə çıxarılması məsələsinə sentyabrın əvvəlində baxıla bilər. Bu dövrdə həmçinin GUAM, yəni demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilatın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələrinin milli koordinatorlarının növbəti yığıncağının keçirilməsi də planlaşdırılıb. Azərbaycanı görüşdə xarici işlər nazirinin müavinqi Araz Əzimov təmsil edəcək.

GUAM ərazisində, xüsusilə Dnestryanı (Moldova), Dağlıq Qarabağ (Azərbaycan) və Gürcüstan-Abxaziya ərazilərindəki uzunmüddətli münaqişələr barədə qətnamə layihəsi işlənib hazırlanıb və 2006-cı ilin sonunda BMT-nin Baş Assambleyasının gündəliyinə daxil edilib. Bu məsələni gündəlikdən GUAM-ın nümayəndələrinin özləri çıxarıb.

GUAM-ı formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti