...

Azərbaycan prezidentinin Litvaya səfəri başlanır

Siyasət Materials 13 Sentyabr 2007 02:11 (UTC +04:00)
Azərbaycan prezidentinin Litvaya səfəri başlanır

Azərbaycan, Bakı / Trend müxbir E. Hüıeynov/ Azərbaycan prezidenti İlham Əliyevin Litvaya iki günlük rəsmi səfəri 13 sentyabrda başlayır.

Litva prezidentinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, prezident səfərinin birinci gününün yarısında iki dövlət başçıları arasında tək bə tək görüş, həmçinin geniş heyətdə danışıqlar keçiriləcək. İkitərəfli sənədlərin imzalanmasından və prezidentlərin birgə mətbuat konfransından sonra İlham Əliyev biznes-forumda iştirak etmək niyyətindədir. Daha sonra prezident müstəqillik qurbanları Memorialına əklil qoyacaq və rəsmi qəbulda iştirak edəcək.

Mətbuat xidmətində qeyd etdilər ki, ertəsi gün, 14 sentyabrda, Azərbaycan prezidenti Klaypedaya yola düşəcək, orada dövlət dəniz ilmanını və "Klaypedos nafta" neft emalı zavoduna baş çəkəcək.

Litvalı həmkarı Valdas Adamkusla nahardan sonra səfər başa çatacaq.

Azərbaycan prezidentini səfərdə ölkənin birinci xanımı Mehriban Əliyeva müşaiyət edəcək, mətbəat xidmətində qeyd etdilər.

Xəbər lenti

Xəbər lenti