...

Səfir: " Nepal "dondurulmuş münaqişələr"lə bağlı müzakirələrdə Azərbaycanı dəstəkləyəcək"

Siyasət Materials 14 Sentyabr 2007 17:08 (UTC +04:00)
Səfir: " Nepal "dondurulmuş münaqişələr"lə bağlı müzakirələrdə Azərbaycanı dəstəkləyəcək"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağaeva/ Nepal BMT Baş Assambleyasının 62-ci sessiyasında GUAM-a üzv olan dövlətlərin ərazisində "dondurulumuş münaqişələr" ilə bağlı müzakirələrdə Azərbaycanı dəstəkləyəcək. Nepalın xarici işlər naziri Sahana Pradhan Azərbaycanın Nepaldakı səfiri Tamerlan Qarayev ilə görüşdə, rəsmi Katmandunun, müzakirələrdə Azərbaycanı dəstəkləmək niyyətinin olduğunu bildirib.

GUAM-a üzv olan dövlətlərin ərazisində dondurulumuş münaqişələr məsələsi BMT-nin Baş Assambleyasının oktyabrın 3-nə planlaşdırılan 62-ci sessiyasının gündəliyinə daxil edilib. Azərbyacanın xarici işlər naziri Elmar Məmmədyarov sessiyada məruzə ilə çıxış edəcək.

Cümə gün Katmandudan telefonla Qarayevin verdiyi məlumata görə, görüş zamanı Nepalın XİN rəhbəri bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. O, Ermənistanın regionda etnik təmizləmə və Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş siyasətini pisləyib.

BMT-nin Baş Assambleyasının 62-ci sessiyasınada GUAM-a üzv olan dövlətlərin ərazisində "dondurulumuş münaqişələr" ilə bağlı müzakirələrin təşəbbüskarı Azərbaycandır. Azərbaycan növbəti dəfə dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları çatdırmağa çalışır, bu münaqişə

1992-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabaq ərazisi və ona bitişik 7 rayon Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri , ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti