Gürcüstan, Tiflis/ Trend , müxbir N.Kirtsxaliya, E.Hüseynov/ ABŞ, Rusiya və Azərbaycan hərbi ekspertlərinin üçtərəfli görüşündən sonra Azərbaycanda yerləşən Qəbələ RLS-in birgə istifadə olunması məsələsi üzrə siyasi qərar qəbul edilə bilər. "Hazırda Rusiya tərəfinin Qəbələ RLS-i təqdim edəcəyi Azərbaycan, ABŞ və Rusiya nümayandə heyətləri görüşür. Bu, hərbi ekspertlərin görüşüdür. Bundan sonra RLS-in mümkün birgə istifadəsi ilə bağlı qərar qəbul ediləcək",-deyə bazar ertəsi jurnalistlərə Tbilisidə Azərbayacanın müdafiə naziri Səfər Əbiyev bildirib.
RƏM sistemi elementlərinin yerləşdirilməsi və Qəbələ RLS-in birgə istifadəsi üzrə Rusiya-Amerika-Azərbaycan məsələhətləşmələri 2007-ci il sentyabrın 18-də Bakıda keçiriləcək.
Bu gün nazir Əbiyev Tbilisinin Qəhramanlar meydanında Gürcüstanın azadlığı uğrunda həlak olanların abidəsinə gül dəstələri qoyduqdan sonra bəyan edib ki, Amerikalı ekspertlər Qəbələ RLS-də RƏM sistemi yerləşdirməyin mümkünlüyünü nəzərdən keçirəcəklər.
Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdfafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq, stansiyanın birgə istfadə olunmasını təklif edib. Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.