...

Məhkəmə millət vəkilinin baş prokurora qarşı iddiasını təmin etmədi

Siyasət Materials 17 Sentyabr 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Yasamal rayon məhkəməsi millət vəkili Pənah Hüseynin Azərbaycanın baş prokuroru Zakir Qaralova qarşı şikayətini təmin etmədi. Bu barədə bazar ertəsi Trend ə Pənah Hüseyn məlumat verib.

Millət vəkili baş prokurora qarşı Cinayət Məcəlləsinin 147 (böhtan), 148 (şərəf və ləyaqətin alçaldılması) maddələri ilə mülki qaydada iddia qaldırıb. Baş prokuror jurnalistlərə açıqlamasında, millət vəkilləri Pənah Hüseyn və Cəmil Həsənlinin, hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələrinin olmasına dair fikir səsləndirib. Millət vəkili Hüseyn məhkəmədən baş prokurorun bu fikirlərinə görə təkzib verməsini tələb edir.

Hakim Südabə Məmmədovanın sədrliyi ilə keçən iclasda millət vəkilinin iddiasının təmin olunmamasına dair qərar çıxarılıb. Hüseynin sözlərinə görə, hakim bu qərarını heç nə ilə əsaslandırmayıb.

Xəbər lenti

Xəbər lenti