...

Türkiyənin Naxçıvana yeni baş konsulu təyin olunub

Siyasət Materials 18 Sentyabr 2007 10:54 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Türkiyənin Naxçıvan Muxtar Respublikasına yeni baş konsulu təyin olunub. Trend in bölgə müxbirinin sözlərinə görə, Türkiyənin Naxçıvana yeni təyin olunmuş baş konsulu Mehmet Biliridir.

Bilir Naxçıvana baş konsul təyin olunana qədər Türkiyənin Xarici İşlər Nazirliyində çalışıb.

Bundan əvvəl Türkiyənin Naxçıvandakı baş konsulu İsmayıl Sefa Yüceer olub.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti