...

NATO Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycana gəlir

Siyasət Materials 18 Sentyabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / NATO Parlament Assambleyasının Demokratik İdarəetmə üzrə Alt Komitəsinin nümayəndələri sentyabrın 19-da Azərbaycana səfərə gələcəklər. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov məlumat verib.

Əsgərovun sözlərinə görə, komitə üzvləri hər il müxtəlif ölkələrdə belə görüşlər keçirir, vəziyyətlə tanış olurlar. Bundan əvvəl nümayəndələr Gürcüstanda olublar. 3 günlük səfər müddətində nümayəndələr Azərbaycan parlamentində, müdafiə, xarici işlər, milli təhlükəsizlik, sənaye və energetika nazirliklərində olacaq, bir sıra görüşlər keçirəcəklər.Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunulacaq.

"Sözsüz ki, biz görüşlərdə birinci növbədə Dağlıq Qarabağ problemini qaldıracağıq. Çünki Azərbaycanda hərbi sahədə islahatlar çox müvəffəqiyyətlə gedir. Amma biz bunu daha da sürətlə edə bilərik. Bizə mane olan isə, Ermənistanın işğalıdır", -deyə Əsgərov bildirib.

Komitə nümayəndələrinin Bakıya səfəri zamanı xüsusi bir sənəd hazırlanmasa da, gələcəkdə NATO Parlament Assambleyasında məruzələr hazırlananda, nümayəndələrin Azərbaycandakı proseslərlə bağlı fikirləri də sənəddə öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti