...

"Freedom HOUSE" Azərbaycanla bağlı hesabatlarında alternativ analitik materiallardan istifadə edəcək

Siyasət Materials 19 Sentyabr 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ ABŞ-ın "Fredom House" təşkilatı Azərbaycana dair növbəti hesabatlarını hazırlayarkən,Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiayasının (AVCİYA) xüsusi olaraq həmin təşkilat üçün hazırladığı analitik materialdan istifadə edəcək. Bu barədə çərşənbə günü Trend ə AVCİYA-dan məlumat verilib.

"Freedom HOUSE" təşkilatı öz illik hesabatlarında Azərbaycanı qeyri-azad ölkə kimi təqdim edir. 2006-cı, 2007-ci illərdəki hesabatlarında Azərbaycanda mətbuatın da azad olmadığını, müstəqil KİV-lər üzərində senzuranın tətbiq edildiyini yazıb.

Bir sıra qeyri-hökumət təşkilatlarını birləşdirən AVCİYA üç dildə "Xocalı soyqırımı: milyon imza bir tələb" adlı kitab, iki dildə "Azərbaycan bu gün və sabah" ictimai-siyasi jurnal və digər nəşrlər çap etdirib.

2005-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkilərində əhali arasında sosioloji sorğular, seçkilərdə exit-poll (səslərin paralel sayılması) keçirib. Bir sıra mənbələr AVCİYA-nı hakimiyyətə yaxın, onun siyasətini dəstəkləyən qurum ,Assosiasiya isə özünü dövlətçiliyə xidmət edən, obyektiv təhlillər aparan təşkilat hesab edir.

Hazırda ABŞ-da səfərdə olan AVCİYA-nın nümayəndə heyəti "Freedom HOUSE" təşkilatında, Milli Demokratiya İnstitutunda (MDİ) və digər təşkilatlarda görüşlər keçiriblər.

AVCİYA-dan verilən məlumata görə, "Freedom House"un proqram üzrə direktoru Robert Herman Azərbaycanın QHT nümayəndələri ilə görüşündə bildirib ki, bundan sonra illik hesabtalar hazırlayan zaman AVCIYA-nın təqdim etdiyi analitik materialdan istifadə edəcəklər. O, Azərbaycan barədə əlavə məlumatlar alınmasına ehtiyac duyduqlarını deyib.

ABŞ-ın Milli Demokratiya İnstitutunun rəhbərlərindən olan Ledzski ilə görüşdə o, AVCIYA-ya daxil olan QHT-nin fəaliyyətini yüksək qiymətləndirib. Ledzski MDI-nin bundan sonra həmin QHT-lərlə əməkdaşlıq edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti