...

Azərbaycanın XİN rəhbəri: "Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı qərarın qəbul edilməsi üçün vaxt tələb olunur"

Siyasət Materials 20 Sentyabr 2007 16:45 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri:  "Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı qərarın qəbul edilməsi üçün vaxt tələb olunur"

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov cümə axşamı Bakıda bəyan edib ki, Rusiya, ABŞ və Azərbaycandan olan ekspertlərin Qəbələ RLS -dən birgə istifadə ilə bağlı hər hansı bir qərara gəlməsi üçün müəyyən vaxt tələb olunur.

"İndi tərəflər obyektin imkanları barədə daha çox məlumata malikdirlər" - deyə Azərbaycan XİN-in rəhbəri bildirib.

Rusiya prezidenti Vladimir Putinin Amerikanın Avropada RƏMS yerləşdirməsindən imtina etdiyi tədqirdə, Qəbələ RLS-dən birgə istifadəsi ilə bağlı təklifi irəli sürməsindən sonra, sentyabrın 18-də hər üç ölkənin ekspertləri Sovet dövründə tikilən stansiyanın texniki imkanlarını öyrənmək məqsədilə obyektə baş çəkiblər.

Məmmədyarov bildirib ki, Qəbələ RLS-dən birgə istifadə ilə bağlı üçtərəfli danışıqlar davam etdiriləcək. Nazirin fikrincə , əvvəllcədən hər hansı fikir söyləmək tezdir.

ABŞ-ın raket əleyhinə müdafiə sistemi agentliyinin rəhbəri general Henri Oberinq bəyan edib ki, geniş müşahidə bucağına malik Qəbələ radarı İran tərəfindən buraxılan raketlərin tez aşkar olunması üçün istifadə oluna bilər, lakin raket tutan qurğular hədəfi göstərmək üçün yararsızdır. Bununla əlaqədar olaraq o, Çexiyada radarın tikintisini vacib hesab edir və Çexiyada tikiləcək radar az mənizilə, məhdud müşahidə bucağına, lakin daha yüksək dəqiqliyə malik olacaq.

"Biz təqdim olunan imkanı qiymətləndiririk və raket əleyhinə müdafiə sistemi sahəsində əməkdaşlıq üçün yol tapacağımız barədə nikbinik" - deyə o bildirib.

Rusiyanın xarici işlər nazirin müavini Sergey Kislyak ekspertlərin səfərindən sonra bildirib ki, Qəbələ RLS Amerikanın RƏMS sisteminə əlavə ola bilməz. Onun sözlərinə görə, Rusiyanın təklifini ABŞ-ın Polşa və Çexiyada RƏMS elementləri yerləşdirməsi planlarına alternativ kimi nəzərdən keçirmək lazımdır.

Rusiya hərbçiləri Azərbaycan ərazisində yerləşən "Dəryal" RLS-indən tərəflər arasında 2002-ci ilin yanvar ayının 25-də imzalanmış müqavilə əsasında istifadə edirlər. Bu müqaviləyə əsasən, stansiya Azərbaycanın mülkiyyətidir və analitik-informasiya statusu daşıyır. İcarə haqqı bir il üçün 7 mln. dollardır. Müqavilənin mahiyyəti RLS-dən təkcə analitik -informasiya məqsədləri ilə deyil, həmçinin, stansiyanın əldə etdiyi məlumatın ötüürülməsi məqsədilə istifadə olunmasıdır. Müqavilə 10 illik müddətə imzalanıb.

Xəbər lenti

Xəbər lenti