...

BMT baş katibi bütün müharibə aparan tərəfləri barışıq elan etməyə çağırıb, 21 sentyabr Beynəlxalq Sülh Günüdür

Siyasət Materials 21 Sentyabr 2007 12:06 (UTC +04:00)
BMT baş katibi bütün müharibə aparan tərəfləri barışıq elan etməyə çağırıb, 21 sentyabr Beynəlxalq Sülh Günüdür

BMT Baş Assambleyasının 2001-ci ildə qəbul etdiyi qərara əsasən, 21 sentyabr Beynəlxalq Sülh Günü elan olunub. "Bu gün, bütün planetdə silahı yerə qoymaq, dünyanın bir çox yerlərində hökm sürən qorxudan 24 saatlıq da olsa azad olmaq üçün nəzərdə tutulub. Bu gün mən bütün müharibə aparan tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıram" - deyə BMT baş katibi Pan Ki Munun bu gün yayılmış bəyanatında bildirilir, RBK -nın məlumatında belə deyilir.

BMT baş kaitibi bütün dünya ictimaiyyətinin adından bütün müharibə aparan tərəfləri barışıq elan etməyə çağırıb. Pan Ki Mun həmçinin bütün insanları könüllü olaraq yerli vaxtla günorta 1 dəqiqəlik süküt elan etməyə və "münaqişələrin törətdiyi nəticələr barədə fikirləşməyə" çağırıb.

Xəbər lenti

Xəbər lenti