...

Azərbaycan prezidenti Vilnüs sammitində iştirak etmək dəvətini qəbul edib

Siyasət Materials 22 Sentyabr 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , S.Ağayeva/ Azərbaycan prezidenti oktyabrın 10-11-də Litva prezidentinin təşəbbüsü ilə Vilnüsdə keçiriləcək Energetika sammitində iştirak edəcək. Bu barədə şənbə günü Azərbaycan Prezident Apparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Bu, Krakov sammitinin davamı olacaq. Sammitdə ABŞ, Rusiya, Avropa İttfaqının nümayəndələri, həmçinin, Avropa Şurası dövlət başçılarının iştirak edəcəyi gözlənilir.

"Energetika sahəsində əməkdaşlıq Avropa və beynəlxalq siyasi proqramlarla işin ayrılmaz hissəsinə çevrilib" - deyə Trend ə müsahibəsində Litva prezidenti Valdus Adamkus bildirib. Sammit enerji təhlükəsizliyi və Avropa İttifaqı xarici enerji siyasətinin başlıca prinsiplərinə toxunacaq.

Litva prezidentinin sözlərinə görə, "Biz əsas enerji istehsalçıları, istehlakçıları və tranzit ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın yollarını tapmağa çalışacağıq.

Sammitdə Transatlantik enerji dialoqu, Avropa Birliyinin Rusiya, Xəzər və Baltik dənizi regionları ilə enerji əməkdaşlığı, həmçinin, Baltik enerji strategiyasının inkişafı kimi əsas məsələlər müzakirə olunacaq.

Sammit çərçivəsində "GUAM - Demoktariya və İqtisadi İnkişaf Təşkilatı" ölkələri - Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova dövlət başçılarının görüşü planlaşdırılır" - deyə Məmmədov bildirib. Bu təşəbbüslə sentyabrın 20-21-də Bakıda keçirilən GUAM ölkələrinin Milli Koordinatorlar Şurasının 7-ci iclası zamanı çıxış edilib.

Xəbər lenti

Xəbər lenti