...

Ermənilər tərəfindən törədilən soyqırım Avropa ölkələri parlamentində müzakirəyə çıxarıla bilər

Siyasət Materials 23 Sentyabr 2007 13:08 (UTC +04:00)
Ermənilər tərəfindən törədilən soyqırım Avropa ölkələri parlamentində müzakirəyə çıxarıla bilər

Azərbaycan, Quba / Trend / Qubada baş verən sayqırım faktının Almaniya, Fransa, Norveç və İsveç parlamentlərində müzakirəyə çıxarılacağı gözlənilir. Bu haqda Dünya Azərbaycanlıları konqresində (DAK) Azərbaycan nümayəndəliyinin sədri Ismayıl Ağayev məlumat verib.

Şənbə günü DAK və prezident aparatının teskilatçılığı ilə bu ilin aprelində Qubada aşkarlanan soyqırım məzarlığında aksiya keçirilib. Aksiyada yerli təşkilatlar ilə yanaşı Türkiyə və Rusiyadan olan numayəndələr iştirak ediblər.

Rusiyanin Çelyabinsk vilayətində fealiyyet göstərən Azərbaycan diasporasının rəhbəri Rafael Quliyev, Türkiyənin Anadolu Finans və Il qəzetlərinin ümumi mətbuat mudiri Erden Noyal gördüklərinden dəhşətə gəldiklərini bildirdilər və öz ölkələrinə qayıtdıqdan sonra bu barədə genis məlumatlar yayacaqlarını bildirdilər.

DAK nümayəndələri bildirdilər ki, burada aşkar olunan erməni vandalizmi faktları ilə bağlı bir sira xarici dövlətlərin nümayəndəliklərinə müəyyən məlumatlar çatdırılıb.

Aksiyanın sonunda dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə Azərbaycanın Neftçala və Quba bölgələrində aşkarlanmış məzarlıqların həqiqətən ötən əsrin əvvəllərində erməni daşnak təşkilatı olan AMAZASP tərəfindən qətlə yetirilmiş minlərlə günahsız insanların qalıqlarının olduğunun aparilan tədqiqatlar nəticəsində sübuta yetirildiyi bildirilir. Müraciətdə dünya ictimaiyyəti əldə olunan sübutlara qiymət verməyə çağırılır.

Xəbər lenti

Xəbər lenti