...

Anjey Kaspşik: "ATƏT, tərəflərin maraq göstərdiyi tədqirdə, Ermənistan və Azərbaycanın müdafiə nazirlərinin görüşünü təşkil etməyə hazırdır

Siyasət Materials 24 Sentyabr 2007 20:06 (UTC +04:00)
Anjey Kaspşik:  "ATƏT, tərəflərin maraq göstərdiyi tədqirdə, Ermənistan və Azərbaycanın müdafiə nazirlərinin görüşünü təşkil etməyə hazırdır

Böyük Britaniya, London/ Trend , G. Əhmədova/ ATƏT Dağlıq Qarabağ münaqişəsi tərəflərinin maraq göstərdiyi təqdirdə, Ermənistan və Azərbaycanın müdafiə nazirlərinin növbəti görüşünü təşkil etməyə hazırdır. "Mən hesab edirəm ki, tərəflərin heç biri bu görüşün keçirilməsində maraqlı deyil. Əgər hər iki tərəfin istəyi olsa, biz buna hazırıq" - deyə bazar ertəsi Londonda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan və Azərbaycanın müdafiə nazirlərinin növbəti görüşünün mümkünlüyü barədə fikir bildirərkən qeyd edib.

Kaspşik münaqişə tərəflərinin müdafiə nazirlərinin növbəti görüşün keçirilməsinə nə üçün maraq göstərmədiklərini açıqlamayıb. O qeyd edib ki, yayda Ermənistanın müdafiə naziri dəyişilib, keçmiş müdafiə naziri Serj Sarkisyan artıq baş nazir vəzifəsini icra edir.

Sonuncu dəfə Azərbaycan və Ermənistanın müdafiə nazirləri Səfər Əbiyev və Serj Sarkisyan 2006-cı il oktyabrın 20-də Ermənistan -Azərbaycan sərhədinin İcevan-Qazax məntəqəsində görüşüblər. Görüş qarşılıqlı inamın artırılması tədbirləri çərçivəsində elçi Kaspşikin təklifi ilə baş tutub. Görüş zamanı müdafiə nazirləri, əsasən, sərhədə nəzarət və atəşkəsin qorunub saxlanması məsələlərini müzakir ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti